
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.
Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı, 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.