
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və "Franklin Templeton" qrupuna daxil olan "Templeton Asset Management Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, sənəd AZCON Holding portfelində investisiya platformasının yaradılması və idarə olunması ilə bağlı gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir.
Əməkdaşlıq çərçivəsində dövlət müəssisələrinin idarəetmə və səmərəliliyinin artırılması, strateji investisiyaların cəlb edilməsi və onların inkişaf imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.