Bu gün, 21:48 72

Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU

Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib.

Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, əvvəlcə sürücü onlara həddindən artıq yüksək hesab etdikləri qiymət "oxuyub", buna baxmayaraq, onlar yenə də yola davam ediblər. Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib. Onlar razılaşmadıqda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki "Mercedes Viano" modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.

Əcnəbi vətəndaş bildirib ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yola bu şəkildə davam etməyə hazır olduqlarını deyib. Daha sonra sürücüdən düşəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü isə təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən o və həyat yoldaşı artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə səfəri davam etdirmək istəmədiklərini deyərək, Elşəndən onları elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü isə onların düşməsinə icazə vermək əvəzinə, maşını kilidləyib və ər-arvadın avtomobildən çıxmasına imkan verməyib.

Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici ölkədə bu vəziyyətdə özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər. Nəticədə avtomobildən çıxmaq üçün qapını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü söyüş söyməyə və onlara qarşı kobudluq göstərməyə başlayıb.

Elşən Bağırov isə ifadəsində heç bir günahının olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvana çatdırmaq üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razı olmasalar da, sonradan onun idarə etdiyi "Mercedes Viano" markalı avtomobilə miniblər. O bildirib ki, sərnişinlər ondan kondisioneri qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün onu qoşmayıb. Hakimin "Bəs nə üçün onlar səndən şikayət ediblər?" sualına isə Elşən "Onların şikayəti əsassızdır", - deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə səfərin 2-3 dəqiqə davam etdiyini, onlar düşəndə isə "Nə yaxşı ki, belə adamlardan uzaq oldum", - dediyini bildirib. Hakimin "2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?" sualına isə Elşən "Onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm", - deyə cavab verib.

Son sözündə E.Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfə belə hadisə yaşadığını deyərək işə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə E.Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş

Xəbər lenti

Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Bu gün, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Bu gün, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Bu gün, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Bu gün, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Bu gün, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Bu gün, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Bu gün, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Bu gün, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Bu gün, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Bu gün, 19:48 Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!" Bu gün, 19:48 Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb Bu gün, 18:49 RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 18:49 Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular" Bu gün, 18:49 Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib Bu gün, 18:49 Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü Bu gün, 18:48 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq Bu gün, 18:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Bu gün, 17:48 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb Bu gün, 17:48 Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" Bu gün, 17:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb Bu gün, 17:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Bu gün, 17:48 Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı" Bu gün, 17:48 İtkin düşən 5 nəfər ötən gün tapılıb Bu gün, 17:48 Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq" Bu gün, 17:48 Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir Bu gün, 16:48 "Formula 1": "Aston Martin"in daha bir pilotu Bakıdakı yarışda mübarizəni dayandırıb Bu gün, 16:48 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib Bu gün, 16:48 Bakıda valideynləri dalaşan qız ölümdən döndü Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 Qeyri-neft-qaz ixracında rekord artım Bu gün, 16:48 "Formula 1": "Maklaren"in pilotu Lando Norris qəza törədərək mübarizəni dayandırıb Bu gün, 16:48 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim" Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 "Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub Bu gün, 16:48 SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək Bu gün, 15:48 "Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib Bu gün, 15:48 Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı Bu gün, 15:48 Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb Bu gün, 15:48 SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb Bu gün, 15:48 Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq Bu gün, 15:48 Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək Bu gün, 15:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar Bu gün, 15:48 Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ Bu gün, 15:48 "Formula 1": Lens Stroll boliddəki problemə görə yarışdan kənarda qalıb Bu gün, 15:48 "Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR