
Gürcüstan ABŞ ilə münasibətlərdə strateji tərəfdaşlığın yenidən bərpa edilməsində maraqlıdır.
AVESTA.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Baş nazir bildirib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio ilə qısa söhbətləri olub.
Onun sözlərinə görə, həmin görüşlər zamanı Gürcüstan üçün ABŞ ilə strateji tərəfdaşlığın bərpasının əhəmiyyəti vurğulanıb.
Kobaxidze Tramp və Rubio ilə keçirdiyi qısa söhbətləri müsbət qiymətləndirib.
Gürcüstan hökumətinin başçısı qeyd edib ki, ölkəsi münasibətlərin əvvəlki strateji səviyyəyə qaytarılması istiqamətində artıq müəyyən addımlar atıb. Hazırda isə Tbilisi Vaşinqtonun qarşılıq olaraq atacağı addımları gözləyir.
"Bizim istəyimiz strateji tərəfdaşlığı bərpa etməkdir. Biz öz tərəfimizdən addım atmışıq və qarşılıqlı addımlar gözləyirik", – deyə İrakli Kobaxidze bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.