Bu gün, 09:48 63

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb.

BAKU.WS bəyanatı təqdim edir:

"2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötür. Həmin gün Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin doğurduğu ağır humanitar nəticələrin aradan qaldırılması, insan itkilərinə səbəb olmuş müharibə cinayətlərini törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması və uzun illər ərzində pozulmuş hüquqların bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, habelə uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların pozulmuş fundamental hüquqlarının bərpası istiqamətində yeni mərhələ başlanmışdır.

Müharibə dövründə mülki əhalinin həyat və sağlamlığına zərər dəyməsi, yaşayış məntəqələrinin və sosial infrastrukturun dağıdılması ciddi humanitar nəticələr doğurmuşdur. Bu hadisələr bir daha göstərir ki, silahlı münaqişələrin ən ağır yükünü məhz dinc əhali daşıyır və mülki əhalinin beynəlxalq humanitar hüquqa uyğun müdafiəsi, habelə yaşamaq hüququnun təmin edilməsi daim diqqətdə saxlanılmalıdır.

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, xüsusilə də Gəncə, Bərdə, Naftalan, Tərtər və digər şəhər və rayonların ağır artilleriya və beynəlxalq hüquqla qadağan edilmiş uzaq mənzilli raket sistemlərindən atəşə tutulması mülki şəxslər arasında insan tələfatı və xəsarətlərlə nəticələnmiş, yaşayış evlərinə, sosial, təhsil, səhiyyə, dini və digər mülki obyektlərə ciddi ziyan dəymişdir. Azərbaycan Ombudsmanının həmin dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar nəticəsində hazırlanmış hesabatlarda bu faktlar sənədləşdirilmişdir.

Mülki əhali və obyektlərin hədəfə alınması ilə bağlı beynəlxalq hüququn tələblərinin pozulmasına dair faktların obyektiv və hərtərəfli araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək milli qanunvericilik və beynəlxalq hüquq normalarına uyğun məsuliyyətə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Bu kimi halları törədənlərin cəzasız qalmasının qarşısının alınması insan hüquqlarının müdafiəsi və gələcəkdə analoji halların təkrarlanmaması baxımından vacibdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq hesab edirəm ki, müharibə və münaqişə nəticəsində pozulmuş insan hüquqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması postmünaqişə dövrünün əsas humanitar prioritetlərindəndir.

Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, insanların öz doğma yurdlarına qayıdışı və onların bütün fundamental hüquqlarının etibarlı təmin edilməsi sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verir.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh gündəliyinin irəliləməsi və sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə olunan mühüm nəticələr bütövlükdə regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu proses dayanıqlı və uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.

Bu baxımdan, əldə olunmuş sülh imkanlarının qorunması və davamlı sülhə çevrilməsi beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin, dövlətlərin, milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət qoyur.

27 sentyabr tarixi təkcə uzun illər ərzində respublikamıza və xalqımıza qarşı aparılan təcavüz, işğal və təxribat siyasətinə son qoyan genişmiqyaslı əks-hücum əməliyyatlarının başlandığı gün deyil, həmçinin dövlətimizin, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə qazanan ordumuzun, ən çətin günlərdə belə əsl vətənpərvərlik nümunəsi olan xalqımızın qüdrətini göstərən gün kimi yaddaşlara yazıldı.

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın əziz xatirəsini ehtiramla yad edərək, onların ailələrinə səbir diləyir, müharibə iştirakçılarına və müharibədən zərər çəkmiş bütün insanlara sağlam və firavan gələcək arzu edirəm.

İnanıram ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və zorakılıqdan uzaq, sülh, təhlükəsizlik və rifah şəraitində yaşamasına nail olmaqdır. Ağır və şərəfli xatirələrlə tariximizə yazılan Anım Günündən sonra bizə qalan mənəvi irs və yaddaşın ölkəmizə və xalqımıza əmin-amanlıq, regionumuza möhkəm və davamlı sülh, müharibəsiz və təhlükəsiz həyat, mütərəqqi inkişaf gətirməsini arzulayıram".

Paylaş

Xəbər lenti

Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Dünən, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Dünən, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Dünən, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Dünən, 19:48 Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!" Dünən, 19:48 Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb Dünən, 18:49 RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Dünən, 18:49 Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular" Dünən, 18:49 Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib Dünən, 18:49 Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü Dünən, 18:48 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq Dünən, 18:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Dünən, 17:48 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb Dünən, 17:48 Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" Dünən, 17:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR