
Ukraynanın paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.
AVESTA.AZ reporta istinadən xəbər verir ki, ölən şəxsin 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğlu olduğu bildirilib.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.
Məlumata görə, o, sentyabrın 27-də səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən Rusiya ordusunun həyata keçirdiyi dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.