Bu gün, 21:48 72

Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

AVESTA.AZ xəbər verir ki, mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eləcə də yaralanaraq sağlamlığını itirən soydaşlarımızın Vətənə şərəfli xidmətlərindən qürurla bəhs ediblər.

Tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfərin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi birliyi və fədakarlığı, eləcə də qəhrəman oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.

Mərasimlərdə Vətən müharibəsi, eləcə də postmüharibə dövründə ordumuz tərəfindən həyata keçirilmiş digər uğurlu əməliyyatların regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi qeyd edilib.

Silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular şəhidlər xiyabanlarını, şəhid ailələrini ziyarət edib, şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Şəxsi heyət üçün təşkil edilmiş hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlərdə döyüş iştirakçıları xatirələrini bölüşüb, Vətən müharibəsi haqqında sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçuların təşəbbüsü ilə ağacəkmə aksiyaları həyata keçirilib.

Anım Günü münasibətilə 27 sentyabr saat 12:00-da Azərbaycan Ordusunun bütün şəxsi heyəti tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Bu gün, 21:48 Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Bu gün, 21:48 Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir? Bu gün, 21:48 18 Aİ ölkəsi qeyri-qanuni miqrasiyaya qarşı birgə plan razılaşdırıb Bu gün, 21:48 Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı Bu gün, 20:48 Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib Bu gün, 20:48 İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq" Bu gün, 20:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib Bu gün, 19:48 Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Bu gün, 19:48 Bakıya gəlmək istəyən erməni tankları Bu gün, 19:48 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq" Bu gün, 19:48 Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb Bu gün, 18:48 UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb Bu gün, 18:48 İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib Bu gün, 18:48 Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Bu gün, 18:48 "44" bədii filminin növbəti tizeri yayımlanıb Bu gün, 17:48 Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə oyunda hesabı bərabərləşdirib Bu gün, 17:48 Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub Bu gün, 17:48 FIA prezidenti: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" Bu gün, 16:48 İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb Bu gün, 16:48 Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Bu gün, 16:48 Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" Bu gün, 16:48 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Bu gün, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Bu gün, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bu gün, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Bu gün, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR