Bu gün, 20:48 52

Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA

"Bakıdan xarici ölkələrə yeni dəmir yolu istiqamətlərinin açılması məsələsində əsas qərar hökumətin mövqeyindən və müvafiq qiymətləndirmələrdən asılıdır. Bununla belə, düşünürəm ki, növbəti mərhələlərdə yeni istiqamətlərin açılması məsələsi gündəmə gələcək".

Bunu AVESTA.AZ-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, burada ilk növbədə Tbilisi istiqamətinin daha da inkişaf etdirilməsi imkanlarına baxmaq lazımdır:

"Bakı ilə Tbilisini təxminən 500 kilometr məsafə ayırır və bu marşrut təkcə iki şəhər arasında nəqliyyat əlaqəsi baxımından deyil, turizm baxımından da böyük potensiala malikdir.

Dəmir yolu turizminin inkişafı strategiyanın əsas istiqamətlərindən birinə çevrilə bilər. Tbilisi bizim ən yaxın milyonluq qonşu şəhərlərimizdən biridir. Bu səbəbdən Bakı-Tbilisi xəttinin daha da inkişaf etdirilməsi, gələcəkdə isə marşrutun Qara dənizə qədər uzadılması imkanlarına baxılması məqsədəuyğun olar.

Belə bir marşrut Bakı, Gəncə, Tbilisi, Kutaisi və Batumi kimi şəhərlərlə yanaşı, regionun mühüm hava limanlarına çıxış imkanlarını da genişləndirə bilər. Bu isə qarşılıqlı turizm mübadiləsinin artmasına şərait yaradar. Nəticədə yalnız sərnişinlər deyil, marşrut üzərində yerləşən şəhərlər və dövlət də bundan iqtisadi fayda əldə edə bilər".

Ekspert əlavə edib ki, beynəlxalq qatarların sayının və istiqamətlərinin artırılması zamanı yalnız mövcud yataq tipli qatarlarla kifayətlənmək düzgün olmaz:

"Məsələn, Bakı-Tbilisi istiqamətində oturaq tipli qatarların tətbiqi də nəzərdən keçirilə bilər. Vaxtilə Bakıdan Tbilisiyə, eləcə də Ağstafa istiqamətində oturaq tipli qatarların hərəkəti təcrübəsi olub.

Hazırda Bakı-Ağstafa istiqamətində hərəkət edən oturaq tipli "Stadler" qatarının çoxsaylı dayanacaqlara baxmayaraq, marşrutu təxminən 5 saat 15 dəqiqəyə qət etməsi göstərir ki, məhdud dayanacaqlı beynəlxalq reys təşkil olunarsa, Tbilisiyə daha qısa müddətdə çatmaq mümkündür.

"Stadler" qatarlarının konstruktiv sürəti 160 kilometr/saatdır, Azərbaycanda isə hazırda icazə verilən sürət 140 kilometr/saatdır. Buna görə hərəkət sürətinin və dayanacaqların optimallaşdırılması hesabına Bakı-Tbilisi səfərinin müddətini azaltmaq imkanları araşdırıla bilər. Əgər səfər müddəti təxminən 6 saata endirilə bilsə, sutka ərzində daha intensiv qatar reyslərinin təşkili üçün də imkan yaranar.

Həm oturaq, həm yataq tipli qatarların paralel tətbiqi sərnişinlərə seçim imkanı verə bilər. Oturaq tipli qatarlar daha sürətli və nisbətən münasib qiymətli səfər istəyən sərnişinlər üçün, yataq tipli qatarlar isə gecə səyahətinə üstünlük verənlər üçün uyğun variant ola bilər.

Ümumilikdə isə Bakıdan xaricə yeni dəmir yolu istiqamətlərinin açılması zamanı yalnız bir marşrutun deyil, müxtəlif alternativlərin formalaşdırılması vacibdir. Daha çox istiqamət, daha çox reys və müxtəlif xidmət modelləri həm sərnişinlərin seçim imkanlarını artırar, həm də dəmir yolunun turizm və nəqliyyat potensialından daha səmərəli istifadə etməyə şərait yaradar".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

"OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Bu gün, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Bu gün, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Bu gün, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Bu gün, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Bu gün, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Bu gün, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Bu gün, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Bu gün, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Bu gün, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Bu gün, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Bu gün, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Bu gün, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Bu gün, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Bu gün, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Bu gün, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Bu gün, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Bu gün, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Bu gün, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Bu gün, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Bu gün, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Bu gün, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Bu gün, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Bu gün, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Bu gün, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Bu gün, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Bu gün, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Bu gün, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Bu gün, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Bu gün, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Bu gün, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Bu gün, 16:48 Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib Bu gün, 16:48 Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb Bu gün, 16:48 Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir Bu gün, 16:48 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb Bu gün, 15:48 Binəqədi şosesində yol ikizolaqlı oldu Bu gün, 15:48 Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI Bu gün, 15:48 Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım Bu gün, 14:48 Bakıda qarajdan meyit tapıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR