
Yaponiya Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketini açıqlayıb.
BAKU.WS xəbər verir ki, yeni sanksiyalar çərçivəsində Rusiyanın 33 şirkəti və 9 vətəndaşı məhdudiyyətlər siyahısına daxil edilib.
Siyahıya "Alabuqa Development", "Alabuqa Machinery", "VNİİR-Progress", "Voentorg", "Uralvaqonzavod" və digər şirkətlər salınıb.
Məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında "VNİİR-Progress" şirkətinin baş direktoru Vladislav Kostin və "Rostex"in rəhbər müavinlərindən biri Dmitri Lelikov da yer alıb.
Eyni zamanda, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda olan 4 şirkətə qarşı da sanksiyalar tətbiq edilib.
Buna qədər Yaponiyanın "Yomiuri" qəzeti rəsmi Tokionun Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi imkanlarını nəzərdən keçirdiyini yazmışdı. Bildirilirdi ki, yeni məhdudiyyətlərin əsas hədəflərindən biri Rusiyanın "kölgə donanması" adlandırılan gəmiləri ola bilər.
Qeyd edək ki, Yaponiya 2022-ci ildən etibarən Rusiya ilə bağlı bir sıra sanksiya paketləri tətbiq edib. Bu məhdudiyyətlər iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.