
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Şuşada görüş keçirib.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin, o cümlədən müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi bildirilib.
Tərəflər hərbi əməkdaşlığın genişləndirilməsinin dövlət rəhbərlərinin diqqətində olduğunu vurğulayıblar.
Görüşdə "Birliyin Gücü-2026" birgə hərbi təliminin əhəmiyyəti də qeyd olunub. Nazirlər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Həmçinin regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.