
Nizami rayonunda yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində kosmetik vasitələrin oğurlanması barədə polisə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Talıbov müəyyən edilərək saxlanılıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlə isə rayon ərazisində yerləşən marketlərin birindən ümumi dəyəri 2000 manat olan mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən S.Bayramov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.