
Göyçay şəhərinin bir sıra küçə və prospektlərində asfalt örtüyünün əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma prosesi həyata keçirilir.
İşlərin yerinə yetirilməsi üçün ehtimal olunan qiymət 1 milyon 273 min manat müəyyənləşdirilib.
Layihə çərçivəsində Heydər Əliyev prospekti, Ziya Bünyadov, Natəvan, Nəsimi və digər küçələrində müxtəlif yol-tikinti işlərinin aparılması planlaşdırılır.
Küçələrin əsaslı təmiri həmin ərazidə nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə, yol örtüyünün uzunömürlü olmasına və sürücülər üçün yaranan problemlərin azalmasına şərait yaradacaq. Yolların keyfiyyətinin yaxşılaşdırılması həmçinin şəhərdaxili hərəkətlərin rahatlaşmasına və yaxın ərazilərin nəqliyyat əlaqəsinin yaxşılaşmasına xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.