
İranın Tehran şəhərində kafelərdə qəlyan təqdim edilməsi, canlı musiqi ifalarının təşkili və DJ fəaliyyətinə qadağa qoyulub.
AVESTA.AZ xəbər verir ki, bunu Tehran Böyükşəhər Polis İdarəsinin ictimai məkanlara nəzarət şöbəsinin rəhbəri Əli Rəfiei açıqlayıb.
Onun sözlərinə görə, kafelər yalnız fəaliyyət göstərdikləri sahə və aldıqları lisenziya çərçivəsində xidmət göstərməlidir. Qəlyan təqdim edən, canlı musiqi və DJ proqramları təşkil edən, eləcə də qumarla bağlı fəaliyyət göstərən obyektlərlə bağlı polis tədbir görəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.