Bu gün, 15:48 106

Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

BAKU.WS bu barədə ADB-yə istinadən xəbər verir.

Bildirilib ki, Biləcəri–Yalama dəmir yolu xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) şəbəkəsinin əsas bağlantılarından biridir və Azərbaycanın multimodal nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir.

Bununla yanaşı, layihə ölkənin əhəmiyyətli dövlət müəssisələrindən biri olan "Azərbaycan Dəmir Yolları"nda (ADY) layihələrin idarə edilməsi üzrə potensialın artırılmasına imkan yaradacaq.

"Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi ölkənin dəmir yolu üzrə nəqliyyat şəbəkəsinin daha rəqabətqabiliyyətli, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən dayanıqlı olmasına kömək edəcək. Layihə dəmir yolu əməliyyatlarının daha təhlükəsiz şəkildə həyata keçirilməsinə, nəqliyyat xərclərinin azalmasına və regional bağlantıların güclənməsinə şərait yaradacaq", - deyə ADB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Jamal bildirib.

İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçməsinə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.

ADB bundan əvvəl Dəmir Yolu Sektorunun İnkişafı proqramı (DYSİP) vasitəsilə ADY-ə dəstək göstərib. Bank bu proqram çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin 166 kilometrlik hissəsinin modernləşdirilməsi və bərpası üçün maliyyə ayırıb. DYSİP həmçinin sektor üzrə islahatların həyata keçirilməsinə, korporativ idarəetmənin və maliyyə idarəçiliyinin gücləndirilməsinə, eləcə də əməliyyatlar üzrə fəaliyyətlərdə səmərəliliyin artırılmasına kömək edib.

ADB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. ADB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-si regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Paylaş

Xəbər lenti

Sumqayıtda tikilidə yanğın baş verib Bu gün, 16:48 İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 16:48 Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik Bu gün, 16:48 75 yaşlı aktyor xəstəxanaya yerləşdirildi Bu gün, 16:48 Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb Bu gün, 16:48 İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb Bu gün, 16:48 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm" Bu gün, 16:48 "Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib Bu gün, 16:48 Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 16:48 1870 tələbə əlavə müsabiqə ilə ödənişsiz təhsil hüququ qazanıb Bu gün, 16:48 Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi Bu gün, 16:48 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" Bu gün, 16:48 Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq Bu gün, 15:48 Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı Bu gün, 15:48 London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb Bu gün, 15:48 Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək - YENİ QAYDA Bu gün, 15:48 Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək" Bu gün, 15:48 Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib Bu gün, 15:48 Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır" Bu gün, 15:48 Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır Bu gün, 15:48 Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK Bu gün, 15:48 Nicat Rəhimov: "Bizdən sonra aktyor görmürəm" Bu gün, 15:48 Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur Bu gün, 15:48 Azərbaycana məğlub oldu deyə istefaya göndərdi Bu gün, 15:48 Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO Bu gün, 15:48 Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb Bu gün, 15:48 Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi Bu gün, 14:48 "Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib Bu gün, 14:48 Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb Bu gün, 14:48 Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı Bu gün, 14:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb Bu gün, 14:48 "44" bədii filminin daha bir tizeri yayımlanıb Bu gün, 14:48 Nazir: "Birləşmiş Krallıq Azərbaycana 39 milyard dollarından çox investisiya yatırıb" Bu gün, 14:48 İlk dəfə sükan arxasına əyləşərək adam öldürdü - 5 il həbs verildi Bu gün, 14:48 Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb Bu gün, 14:48 Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finalda məğlub olub Bu gün, 14:48 Bakıda liseyin qarşısında ilan peyda oldu - ANBAAN VİDEO Bu gün, 14:48 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu Bu gün, 13:48 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib Bu gün, 13:48 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü Bu gün, 13:48 Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ Bu gün, 13:48 ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər Bu gün, 13:48 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ Bu gün, 13:48 Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır" Bu gün, 13:48 Azad Bayramov vəfat etdi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR