
Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, qərar Azərbaycan millisinə qarşı UEFA Millətlər Liqasının oyununda 0:1 hesablı məğlubiyyətdən sonra qəbul edilib.
Yankauskas Litva Futbol Federasiyasının rəhbərliyi ilə görüşdükdən sonra istefa ərizəsini təqdim edib.
47 yaşlı mütəxəssis 2023-cü il fevralın 1-dən Litva yığmasına rəhbərlik edirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.