
Uzun müddətdir öd kisəsi iltihabından (Xolesistit) müalicə olunan müğənni İbrahim Tatlısesin son vəziyyəti açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə sənətçinin keçmiş həyat yoldaşı Ayşegül Yıldız danışıb.
O bildirib ki, yaxın günlərdə Tatlıses əməliyyat olunacaq. Hazırda isə onun səhhəti yaxşılığa doğru gedir.
"İbrahim Tatlıses tanıdığım ən mübariz insandır. Fizioterapiyalarına da qaldığı yerdən davam edir" - deyə o qeyd edib.
Qeyd edək ki, İbrahimlə Ayşegül 2011-ci ildə ailə qurub. Onlar 2013-cü ildə həyat yollarını ayırıblar.
Cütlüyün Elif Ada adlı bir qızı var.
Boşandıqdan bir müddət sonra Tatlıses yenidən Ayşegülə evlənmə təklifi edib. Lakin o, Tatlıseslə yenidən ailə qurmağı rədd edərək, dost qalmağı üstün tutub.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.