
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:
"Videodan da göründüyü kimi auditoriya tədris üçün bağlanıb və hazırda orada dərs keçilmir. Təmir işləri yekunlaşandan sonra auditoriya yenidən istifadəyə veriləcək".
***12:40
Azərbaycan Universitetinin dərs otağına yağış sularının damdığı iddia olunur.
BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Paylaşılan görüntülərdə yağış sularının otağa damdığı və döşəməyə vedrələrin düzüldüyü görünür.
Məsələ ilə əlaqədar Azərbaycan Universitetinə sorğu ünvanlanıb.
Sözügedən videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.