
Oyuncaqlara dair yeni tələblər müəyyənləşib.
BAKU.WS xəbər verir ki, sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"də əksini tapıb.
Qərara əsasən, 3 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar və onların çıxarıla bilən hissələri, habelə bilavasitə qida məhsullarına bərkidilən oyuncaqlar uşaqların yuxarı tənəffüs yollarına düşməsinin qarşısını alacaq ölçüdə olmalıdır.
Uşağın başını tam örtən, hava keçirməyən materialdan hazırlanan maskalar və dəbilqələr kifayət qədər havalandırmanın olmaması səbəbindən yaranan boğulma riskini aradan qaldıracaq şəkildə hazırlanmalı və istehsal edilməlidir.
Uşağın ağzı ilə birbaşa təmasda olan çınqıldayan oyuncaqların və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına icazə verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.