8-10-2026, 20:48 116

Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Bakının regionla münasibətlərində formalaşan yeni mərhələnin aydın mənzərəsini ortaya qoyub.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yalnız siyasi dialoq müstəvisində deyil, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq kimi geniş istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində qurduğunu göstərib:

"Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsi həmin münasibətlərin siyasi çəkisinin göstəricisidir. Bu qərarın yekdilliklə dəstəklənməsi ölkəmizə olan yüksək etimadı nümayiş etdirib. Xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun bu prosesdəki təşəbbüsü qeyd olunmalıdır. Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə sürətlə inkişaf etməsi də həmin etimadın praktik ifadəsidir. Ötən ildən bəri ən yüksək səviyyədə beş qarşılıqlı səfərin baş tutması əlaqələrin dinamikliyini göstərir".

Deputatın sözlərinə görə, bu gün Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın real iqtisadi nəticələri də göz önündədir. Ötən il region ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əlaqələrin dərinləşdiyini göstərir. Lakin qarşıdakı mərhələnin hədəfi yalnız ticarəti artırmaq deyil. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının imkanlarından istifadə etməklə istehsal müəssisələrinin qurulması, birgə investisiyaların artırılması və xarici bazarlara birlikdə çıxış daha böyük iqtisadi imkanlar yarada bilər:

"Bu tərəfdaşlığın əsas dayaqlarından biri Xəzər və Orta Dəhlizdir. Azərbaycan son illərdə limanlara, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına yatırdığı sərmayələrlə Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan mühüm nəqliyyat qovşağına çevrilib. Orta Dəhliz üzrə yükdaşımaların artması onun artıq gələcəyin deyil, bu günün işlək və genişlənən marşrutu olduğunu göstərir. "Rəqəmsal İpək Yolu" çərçivəsində Xəzərin dibi ilə fiber-optik xətlərin yaradılması isə bu əməkdaşlığa rəqəmsal ölçü qazandırır".

O bildirib ki, energetika sahəsində də eyni mənzərə müşahidə olunur: "Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinin artması ölkəmizin regionun enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında rolunu gücləndirir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində regional əməkdaşlığın fəal iştirakçısı olduğunu göstərir".

Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı isə münasibətlərə xüsusi mənəvi məna verir:

"Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın Füzulidə məscid tikintisinə dəstək verməsi qardaşlığın konkret nümunələridir. Bu layihələr yalnız bərpa prosesinə töhfə deyil, xalqlarımızın tarixi və mədəni bağlarının da ifadəsidir.

Bütün bu istiqamətləri birləşdirən əsas amil isə qarşılıqlı etimaddır. Çünki nəqliyyat dəhlizlərinin səmərəli işləməsi, investisiyaların artması, enerji layihələrinin genişlənməsi və uzunmüddətli iqtisadi tərəfdaşlığın qurulması üçün ilk növbədə sabitlik və təhlükəsizlik lazımdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sülh və siyasi-iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir".

O bildirib ki, Türkmənbaşı görüşündə imzalanan Birgə Bəyanat və Məşvərət formatının fəaliyyətini tənzimləyən sənədlər də əməkdaşlığın institusional əsaslarının möhkəmləndiyini göstərir.

"Bu mənzərə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. Xəzər üzərindən uzanan nəqliyyat yolları, böyüyən ticarət və investisiyalar, enerji və rəqəmsal layihələr, Qarabağın bərpasında nümayiş etdirilən qardaş dəstəyi vahid strateji xəttin müxtəlif istiqamətləridir.

Azərbaycan bu xəttin mühüm halqasıdır. Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji məkanının formalaşmasında fəal rol oynamaqla yanaşı, ortaq tarix və mədəniyyətə söykənən daha sıx regional əməkdaşlığın da təşəbbüskarlarından birinə çevrilir", - deputat əlavə edib.

Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub

Paylaş

Xəbər lenti

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Dünən, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Dünən, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Dünən, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Dünən, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Dünən, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Dünən, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Dünən, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Dünən, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Dünən, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Dünən, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Dünən, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Dünən, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Dünən, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Dünən, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Dünən, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Dünən, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Dünən, 15:48 Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib Dünən, 15:48 AQTA: Beyləqanda məktəblilərin zəhərlənməsi faktı nəzarətdədir Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR