8-10-2026, 21:48 132

Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Xəbər verdiyimiz kimi, ölkəmiz 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgi məkanında milli stendimiz qurulub.

Sərgi çərçivəsində oktyabrın 8-də "Asiya" təqdimat səhnəsində "Avrasiya kitab bazarları" adlı panel müzakirəsi keçirilib. Paneldə Avrasiya regionunda, o cümlədən Azərbaycanda nəşriyyat sənayesinin inkişaf perspektivləri, kitab bazarının mövcud vəziyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə Norveç Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən NORLA ədəbiyyat təşkilatının rəhbərliyi arasında işgüzar görüş olub. Görüşdə Azərbaycan və Norveç arasında ədəbi əlaqələrin inkişafı, tərcümə və nəşr sahəsində əməkdaşlıq imkanları, həmçinin Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə statusunda iştirakı müzakirə olunub.

Sərginin ilk iki günü ərzində Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə B2B formatında görüşlər keçirilib. Görüşlərdə "Ağıllı bala", "Everest", MİMTA, "Ali və Nino", "Libra" və "TEAS Press" nəşriyyatları iştirak edib.

Azərbaycan nəşriyyatlarının nümayəndələri ilə ABŞ-dan "Capstone Publishers", Türkiyədən "TÜBİTAK Popüler Bilim Yayınları", "Elma Yayınevi" və "Timaş Yayınları", İspaniyadan "Grupo Editorial Sargantana" və "Cuentos con valores", Sloveniyadan "Mladinska knjiga" və digər xarici nəşriyyatların təmsilçiləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşlər zamanı müəllif hüquqları, Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi, xarici nəşriyyat bazarlarına çıxış və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran əsərlərin müəyyənləşdirilməsi və növbəti mərhələdə müəllif hüquqlarının əldə edilməsi və təmsil olunması istiqamətində əməkdaşlığın davam etdirilməsi kimi nüanslara toxunulub.

Keçirilən görüşlər Azərbaycan nəşriyyatlarının beynəlxalq nəşriyyat şəbəkəsinə inteqrasiyasının genişləndirilməsi, yerli müəlliflərin əsərlərinin xarici bazarlara çıxarılması və Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

Paylaş

Xəbər lenti

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Dünən, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Dünən, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Dünən, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Dünən, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Dünən, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Dünən, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Dünən, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Dünən, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Dünən, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Dünən, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Dünən, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Dünən, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Dünən, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Dünən, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Dünən, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Dünən, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Dünən, 15:48 Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib Dünən, 15:48 AQTA: Beyləqanda məktəblilərin zəhərlənməsi faktı nəzarətdədir Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR