Bu gün, 16:48 73

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.

AVESTA.AZ həmin bəyanatı təqdim edir:

"Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə edirik. Xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri qətiyyətlə pisləyirik.

Sıralarında yüzlərlə QHT-ni birləşdirən çətir təşkilat olaraq, Azərbaycan cəmiyyətini milli maraqlarımıza, Konstitusion dəyərlərimizə və ictimai həmrəyliyimizə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq.

Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, Türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə düşüb. Xalqımız dini-mənəvi dəyərlərinə hər zaman böyük ehtiramla yanaşıb, İslam xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsinə çevrilib. Dövlət bayrağımızdakı yaşıl rəng də xalqımızın İslam sivilizasiyası ilə tarixi-mədəni bağlılığının rəmzidir. Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin gücü həm də müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşamasında təzahür edir. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir. Dövlət tərəfindən dini ibadət yerlərinin qorunması, tarixi abidələrin bərpası və yeni ibadət məkanlarının inşasına göstərilən diqqət Azərbaycanın dini tolerantlıq və birgəyaşayış ənənələrinin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin məhz məsciddən başlaması (Ağdam Cümə məscidi) və Şuşa azad edildiyi anda atəş səsləri altında azan səsinin ucalması xalqımızın İslama bağlılığının və dini dəyərlərinə ehtiramının rəmzi kimi yaddaşlarda qalıb.

Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək, dini inancları cəmiyyətdə qarşıdurma vasitəsinə çevirmək isə nə İslamın mənəvi mahiyyətinə, nə də xalqımızın əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinə uyğundur.

Bu gün təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş qaydalara əməl olunması ümumi hüquqi çərçivənin tələbidir. Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələblərdə vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir. Eyni zamanda, təhsilverənlərin geyiminə dair tələblər də müəllimlərin peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasını nəzərdə tutur.

Azərbaycan Milli QHT Forumu olaraq təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəkləyirik. Çünki məktəblər dini təbliğatın və ideoloji təsirlərin deyil, elmin, təhsilin, milli-mənəvi dəyərlərin və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır.

Dinin dövlətdən ayrı olduğu cəmiyyət Azərbaycan xalqının şüurlu seçimidir, bu dəyərə hücumlar heç bir nəticə verə bilməz. Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır və Azərbaycan Maarifçilik Hərəkatı bu eybəcərliklərə qarşı əzmkarlıqla mübarizə aparıb, sivil dövlətçilik əsaslarını formalaşdırıb. Azərbaycanı həmin qaranlıq dövrlərə, cəhalətə sürükləmək istəyənlər, Azərbaycanı "mollalaşdırmaq", "iranlaşdırmaq" və dini ehkamlar əsasında idarə olunan dövlətə çevirmək istəyənlər niyyətlərinə nail olmayacaqlar.

Azərbaycan cəmiyyəti öz dini dəyərlərinə sahib çıxmaqla yanaşı, dünyəvi dövlətçilik prinsipini də qətiyyətlə qorumaq əzmindədir. Hesab edirik ki, bu məsələdə əsas meyar emosiyalar, təxribatçı çağırışlar və xaricdən yönləndirilən təbliğat deyil, Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi və milli maraqları olmalıdır.

Milli həmrəylik və ictimai sabitlik hamımızın məsuliyyətidir. Azərbaycan Milli QHT Forumu olaraq vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri, media subyektlərini və bütövlükdə ictimaiyyəti dini həssaslıqlardan sui-istifadə edən, cəmiyyəti parçalamağa yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq. Vətəndaşlarımızı təxribatlara uymamağa, məsələlərə hüquqi, milli və ictimai maraqlar baxımından yanaşmağa dəvət edirik. Qanunun aliliyi, milli həmrəylik və dünyəvilik dövlətimizin və cəmiyyətimizin ayrılmaz dayaqlarıdır. Bu dəyərlərin qorunması hər birimizin vətəndaşlıq borcudur".

Paylaş

Xəbər lenti

Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR