
AFFA-nın yeni match.affa.az və @AFFA.istedadlar sosial media layihəsi ictimaiyyətə təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə AFFA rəhbərliyi və rəsmi şəxslər iştirak edib.
Təqdimat çərçivəsində milli assosiasiyanın həyata keçirdiyi rəqəmsal platformalar və gənc futbolçuların inkişafına dair məsələlər diqqətə çatdırılıb. Daha sonra təqdimatla bağlı videoçarx nümayiş olunub.
Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edib. O AFFA-nın gördüyü işlərdən danışıb. Ölkədə keçiriləcək U-15 dünya çempionatı ilə bağlı aparılan proseslər barədə məlumat verib. Bununla yanaşı yarış üçün 10 meydançanın istifadəyə veriləcəyini bildirib. Həmçinin digər layihələrlə bağlı məlumatlar verib. O, bu çərçivədə müxtəlif layihələrə start verildiyini bildirib. C.Fərəcullayev təqdim edilən yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir göstərəcəyini qeyd edib.
Qeyd edək ki, match.affa.az saytında, gənclər futbolu, yarışlar və inkişaf mövzularında məqalələr yerləşdiriləcək. Həmçinin AFFA-nın aşağı yaş qruplarında keçirilən çempionatlarla bağlı məlumatlar almaq mümkün olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.