Bu gün, 19:48 64

Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək?

Pensiya qanunvericiliyinə təklif olunan dəyişikliklər gələcək pensiyaların formalaşma mexanizminə təsir göstərə bilər.

BAKU.WS-in məlumatına görə, yeniliklərdən biri sosial sığorta haqlarının fərdi hesaba yönəldilən hissəsinin 90 faizdən 85 faizə endirilməsidir. Bu isə vətəndaşların fərdi pensiya kapitalına qeydə alınan vəsaitin azalması deməkdir.

Bəs bu dəyişiklik real olaraq nə qədər fərq yaradacaq?

Məsələn, aylıq əməkhaqqı 1200 manat olan şəxsin pensiya fonduna hesablanan sosial sığorta haqqı 300 manat təşkil edirsə, hazırkı qaydaya əsasən həmin məbləğin 90 faizi, yəni 270 manat fərdi pensiya kapitalına əlavə olunur. Təklif edilən dəyişiklik qəbul edilərsə, bu göstərici 85 faizə, başqa sözlə, 255 manata düşəcək. Beləliklə, fərdi hesaba yönəldilən aylıq məbləğ 15 manat azalacaq.

Dəyişikliyin əsas məqsədlərindən biri pensiya sisteminin maliyyə dayanıqlılığını qorumaq və fondun gəlirləri ilə xərcləri arasında uzunmüddətli tarazlıq yaratmaqdır. Pensiya ödənişlərinin hər il artırılması fondun xərclərini də yüksəldir. Bu tendensiya davam edərsə, gələcəkdə öhdəliklərin yerinə yetirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmasına ehtiyac yarana bilər.

Digər tərəfdən, pensiyaların vahid mexanizm əsasında hesablanması və fərdi uçot sisteminin rolunun artırılması da müzakirə olunan dəyişikliklərin əsas istiqamətlərindəndir. Bu yanaşma pensiya məbləğinin şəxsin topladığı kapital və sosial sığorta göstəriciləri ilə daha sıx əlaqələndirilməsini nəzərdə tutur.

Bununla yanaşı, əmək stajına görə pensiya hüququ qazanan, lakin fərdi hesabında kifayət qədər kapitalı olmayan şəxslərin pensiya təminatı məsələsi də diqqət mərkəzindədir. Mövcud mexanizmdə bu kateqoriyadan olan şəxslərə ödənişlərin təmin edilməsi üçün əlavə maliyyə resurslarına ehtiyac yarana bilər. Dəfn müavinəti kimi sosial ödənişlərin məbləğinin artırılması da dəyişikliklərin müzakirə olunan istiqamətləri sırasındadır.

Təkliflər çərçivəsində pensiyaların indeksləşdirilməsi mexanizminə də yenidən baxılması nəzərdə tutulur. Orta aylıq əməkhaqqı səviyyəsində pensiya alan şəxslər üçün indeksasiyanın tam həcmdə tətbiqi, daha yüksək pensiyalar üzrə isə müəyyən əmsallardan istifadə edilməsi təklif olunur.

Bu yanaşmanın əsas hədəfi aşağı məbləğdə pensiya alan vətəndaşların ödənişlərinin artım tempini yüksəltmək, eyni zamanda pensiya sistemində sosial ədalət prinsipini gücləndirməkdir.

Qeyd edək ki, təklif olunan dəyişikliklərin vətəndaşların gələcək pensiyalarına faktiki təsiri onların əməkhaqqından, sosial sığorta ödənişlərindən, topladıqları pensiya kapitalından və tətbiq ediləcək yekun qaydalardan asılı olacaq. Dəyişikliklərin qüvvəyə minməsi və konkret hesablanma mexanizmi isə qanunvericilikdə qəbul ediləcək qərarlardan asılıdır.

Paylaş

Xəbər lenti

Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Bu gün, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Bu gün, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Bu gün, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Bu gün, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Bu gün, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Bu gün, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Bu gün, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Bu gün, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Bu gün, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Bu gün, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Bu gün, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Bu gün, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Bu gün, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Bu gün, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Bu gün, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Bu gün, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Bu gün, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Bu gün, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Bu gün, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Bu gün, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Bu gün, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Bu gün, 16:49 FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb Bu gün, 16:49 İslam Maxaçevin növbəti rəqibi bəlli oldu Bu gün, 16:49 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - RƏSMİ Bu gün, 16:49 Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 16:48 İlin sonuna qədər ən uğurlu günlər - Vacib işləri BU TARİXLƏRƏ sala bilərsiz Bu gün, 16:48 Zaqatalada böcəklər evlərə kütləvi hücum edib Bu gün, 16:48 Arvadını öldürən şəxs mirasdan məhrum edildi Bu gün, 16:48 Seyfəddin Qəndilovun oğlu vəfat etdi Bu gün, 15:48 Qlobal səviyyədə ərzaq qiymətlərinin artmasının bir səbəbi də bu imiş... Bu gün, 15:48 "Sabah"ın ÇL-dəki rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı Bu gün, 15:48 Xalq artisti: "Məktəbli məhz məktəbli formasında olmalıdır" Bu gün, 15:48 FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Bu gün, 15:48 Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi Bu gün, 14:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib Bu gün, 14:48 Laos Prezidenti Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Bu meyvə ekstraktı prostat xərçənginin qarşısını ala bilir Bu gün, 14:48 Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb Bu gün, 14:48 İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb Bu gün, 14:48 XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? Bu gün, 14:48 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Bu gün, 14:48 Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR