
İstanbulda ötən gün günorta saatlarında başlayan güclü yağış selə çevrilərək şəhərdə bütün infrastrukturu məhv edib. Yağış suları yeraltı keçidlərə, evlərə, mağazalara və tunellərə dolub.
AVESTA.AZ xəbər verir ki, uzun illərdir Türkiyədə yaşan müğənni Safura Əlizadənin də evini su basıb.
O bu barədə sosial şəbəkə hesabında bildirib.
Safura evinin su basmış halda çəkilən fotosunu şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Safura Fərhad Əliyevlə ailəlidir. Onun üç övladı var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.