
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya çempionatının VI turunda "Leyptsiq"ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Ayağındakı problemlərdən əziyyət çəkən 40 yaşlı qapıçının yoxluğunda Münhen təmsilçisinin qapısını Yonas Urbiq qoruyacaq.
Noyerin oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Arsenal"a qarşı keçiriləcək oyuna qədər sıraya dönməsi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.