
"Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında növbəti uğurunu qazanıb.
BAKU.WS xəbər verir ki, norveçli futbolçu "İpsviç"lə VII tur matçında dubl edərək komandasının 3:2 hesablı qələbəsinə töhfə verib.
Holann penaltilər nəzərə alınmadan Premyer Liqada 100 qol həddinə ən sürətli çatan futbolçu olub. O, bu göstəriciyə çempionatdakı 139-cu oyununda nail olaraq turnir tarixinin rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, "Mançester Siti" 21 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.