
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rafael Leaunun zədəsinin təfərrüatları açıqlanıb.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisinin məlumatına görə, portuqaliyalı oyunçunun qasıq əzələsində gərilmə aşkarlanıb. O, sabah yenidən tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Leau ötən gün Türkiyə Superliqasının VIII turunda "Gənclərbirliyi" ilə matçda zədələnib. 61-ci dəqiqədə meydana daxil olan futbolçu 77-ci dəqiqədə əvəzlənib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.