
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur.
Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməsi ictimai maraq doğurur.
Bəs Azərbaycanda avtobuslarda kimlər ödənişdən azad edilə bilər və bu məsələ qanunvericiliklə necə tənzimlənir?
Mövzu ilə bağlı "BakuBus" MMC-dən AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, müntəzəm şəhərdaxili avtobus marşrutlarında 5 yaşadək uşaqlar, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları, həmçinin müddətli hərbi xidmətdə olan əsgərlər ödənişsiz gediş hüququna malikdirlər.
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.