
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub.
BAKU.WS report-a istinadən xəbər verir ki, U-20 EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Latviya seçməsinə məğlub olub.
Qarşılaşma 3:0 hesabı ilə bitib.
Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv ötən gün Polşa komandasına da eyni hesabla uduzub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.