
Serbiyada parlamentin yeni tərkibinin müəyyənləşdirilməsi üçün seçki məntəqələri fəaliyyətə başlayıb. Səsvermə nəticəsində ölkə parlamentində təmsil olunacaq 250 deputat seçiləcək.
AVESTA.AZ xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-dək seçicilərin üzünə açıq olacaq.
Qeyd edək ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də seçkiləri müşahidə etmək məqsədilə Serbiyaya səfər edib.
Səfərin əsas məqsədləri seçki prosesinin izlənilməsi, eləcə də seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.