
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.