Dünən, 12:48 146

Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir

"ICESCO Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edir və daha 10 məktəb inşa edir, həmçinin Heydər Əliyev Fondu ilə birlikdə Burkina-Faso və Nigerdə qızların təhsilinə dəstək verir".

AVESTA.AZ "Report"a istinadla xəbər verir ki, bunu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO ) baş katibi Salem bin Məhəmməd Əl-Malik Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq ICESCO-nun sülhə, mədəniyyətlərarası dialoqa və təhsilin inkişafına sadiqliyinə praktiki məzmun qazandırır.

O vurğulayıb ki, hər bir təhsil imkanı uşağın perspektivlərini genişləndirir və cəmiyyətin öz gələcəyinə inamını möhkəmləndirir.

Salem bin Məhəmməd Əl-Malik qeyd edib ki, liderliyin ən yüksək təzahürü sülhü mümkün etmək və onun qorunması üçün möhkəm təməl yaratmaq bacarığıdır.

"Bizi Bakıda bir araya gətirən ideyaya - dialoqun liderlərin məsuliyyəti və sülhün təməli olduğuna ICESCO-nun sadiqliyini bir daha təsdiq etmək mənim üçün böyük şərəfdir", - o bildirib.

Baş katib Bakı prosesinə daimi dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, bu dəstək mədəniyyətlərarası dialoqu möhkəm beynəlxalq platforma ilə təmin edib. O əlavə edib ki, forum bu sadiqliyi insan ləyaqətinin qorunmasına yönəlmiş konkret qərarlarda təcəssüm etdirməyə çağırır.

Baş katib, həmçinin mənsubiyyət hissini dəstəkləyən və cəmiyyətlərə tarixi varislik hissini bərpa etməyə kömək edən mədəni irsin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.

O bildirib ki, ICESCO-nun iki texniki missiyası Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində mədəni irsin dağıdılmasını sənədləşdirib və onun qorunması, eləcə də bərpası üçün tədbirlər tövsiyə edib.

Bundan əlavə, Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı" İslam dünyasında mədəni irsin qorunması və idarə edilməsi üzrə nümunəvi layihələri qeyd edir. Mükafat mədəni yaddaşı qoruyan və yerli inkişafa kömək edən təcrübələri təşviq etmək məqsədi daşıyır.

Salem bin Məhəmməd Əl-Malik, həmçinin sülh işinə xidmət etmək üçün 80-dən çox ölkədən 360-a yaxın gənc lideri birləşdirən ICESCO-nun Gənc Sülh Səfirləri Şəbəkəsindən danışıb. Onun sözlərinə görə, bu fəaliyyət davamlı dəstəyə layiqdir.

Baş katib iki praktiki prioritet təklif edib. Birinci prioritet yerli icmaların qüvvələri tərəfindən münaqişələrin qarşısının alınmasına investisiyaları nəzərdə tutur.

O, ikinci prioritet kimi münaqişələrdən zərər çəkmiş icmalarda təhsilə və mədəni irsə uzunmüddətli dəstəyin səfərbər olunmasını qeyd edib.

Paylaş

Xəbər lenti

38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Bu gün, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Bu gün, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Bu gün, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Bu gün, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Bu gün, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48 Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar Bu gün, 14:48 32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi Bu gün, 14:48 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası Bu gün, 14:48 Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49 Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb Bu gün, 13:49 Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb Bu gün, 13:48 Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub" Bu gün, 13:48 Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb Bu gün, 13:48 Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb Bu gün, 13:48 Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR