
Bakıda televiziya əməkdaşlarına hücum edən şəxslərlə bağlı polis tədbir görüb. Hadisədə iştirak edən bir neçə nəfər saxlanılıb.
AVESTA.AZ xəbər verir ki, faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, oktyabrın 28-də Yasamal rayonundakı 225 nömrəli məktəbdə çəkiliş aparan Real TV və Space TV-nin əməkdaşları bir qrup şəxsin hücumuna məruz qalıblar. İnsident nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.