
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, 62 yaşlı kişi yıxılaraq aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.