
Abşeron rayonunda, o cümlədən Xirdalan şəhərində içməli, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlərin görülməsinə 4,195 milyon manat xərclənəcək.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
İşləri "Evrascon"ASC - Avropa-Asiya Tikinti Korporasiyası görəcək. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin elan etdiyi tenderin qalibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.