
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenidən su ilə doldurulacaq.
BAKU.WS-in əldə etdiyi məlumatına görə, hazırda ərazidə təmir və yenidənqurma işlərinə hazırlıq görülür. İşlərin yaxın zamanda başa çatdırılması nəzərdə tutulur.
Təmirin tamamlanmasından sonra su hövzəsinin əvvəlki vəziyyətinə qaytarılması parkın görünüşünün bərpasına və ərazinin sakinlər üçün daha cəlbedici istirahət məkanına çevrilməsinə imkan verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.