
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 449,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Bu barədə AVESTA.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu ilin 9 ayında daxili dövlət borcu üzrə 397,2 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 52,6 milyon manat olmaqla (əsas borc üzrə 766,9 milyon manat, faiz borcu üzrə 285,7 milyon manat) ödənilib.
Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.