
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, qurumun yaydığı yazılı bəyanatda PUA-nın Sırik şəhəri istiqamətində İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.
ABŞ ordusu hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, 1990-cı illərdə ABŞ tərəfindən istehsal edilən MQ-1 tipli PUA-lar əvvəlcə müşahidə və kəşfiyyat məqsədilə hazırlanıb. Sonradan bu aparatlar əlavə kameralar və raketlərlə təchiz edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.