Dünən, 17:48 220

Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi?

Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, iş materiallarına əsasən, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə digər fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb.

Bankın təqdim etdiyi arayışa əsasən, borcalanın kredit öhdəliyi üzrə ümumilikdə 29 764.93 manat borcu qalıb.

Bank gələcəkdə borcun tutulmasına dair iddia qaldıracağını bildirərək zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəməyə müraciət edib.

Bank hesab edib ki, avtomobillərin üçüncü şəxslərə özgəninkiləşdirilməsi gələcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər.

Şirvan Kommersiya Məhkəməsi isə müəyyən edib ki, bank zaminin avtomobilləri satmağa hazırlaşması, üçüncü şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək digər hərəkətlərə yol verməsi barədə konkret sübutlar təqdim etməyib.

Məhkəmə vurğulayıb ki, kredit borcunun mövcudluğu və ya öhdəliyin pozulması özlüyündə zaminin əmlakına müvəqqəti qadağa qoyulması üçün kifayət etmir. Belə tədbirin tətbiqi üçün gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək real və konkret təhlükə əsaslandırılmalıdır.

Həmçinin qeyd edilib ki, bank peşəkar kredit təşkilatı olaraq kredit verilərkən borcalanın ödəmə qabiliyyətini, kredit risklərini və öhdəliyin təminat mexanizmlərini əvvəlcədən qiymətləndirmək imkanına malikdir.

Müvəqqəti təminat tədbiri kredit müqaviləsinin təminat mexanizmini sonradan dəyişdirmək və ya genişləndirmək vasitəsi deyil. Yəni bank peşəkar kredit təşkilatı olaraq kredit riskini qiymətləndirmək və təminat mexanizmini seçmək imkanına malik olub, müvəqqəti təminat institutu isə sonradan kreditin təminatlandırılması vasitəsi deyil.

Belə yanaşma nəticə etibarilə bankın kredit verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlcədən formalaşdırmalı olduğu təminat mexanizmini sonradan məhkəmə vasitəsilə təmin etməyə çalışması ilə nəticələnir.

Başqa sözlə, bank tərəfindən kredit verilərkən lazımi qaydada təminatlandırılmalı olan öhdəliklər sonradan məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi yolu ilə "təminatlı" vəziyyətə gətirilir. Bu isə yolverilməzdir. Zaminin mülkiyyətində əmlakın mövcudluğu həmin əmlaka avtomatik sərəncam qadağası qoyulmasına əsas yaratmır.

Məhkəmə həmçinin qeyd edib ki, bu mərhələdə borcun tutulması və zaminin məsuliyyəti məsələlərinə deyil, yalnız müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsasların mövcudluğuna qiymət verilir.

Beləliklə, Şirvan Kommersiya Məhkəməsi bankın müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini rədd edib.

Şirvan Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb.

Paylaş

Xəbər lenti

Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq Bu gün, 20:48 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı Bu gün, 20:48 MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır Bu gün, 20:48 SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb Bu gün, 20:48 Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib Bu gün, 19:48 Zaur Rzayev vəfat etdi Bu gün, 19:48 Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub Bu gün, 19:48 Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri Bu gün, 19:48 Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək Bu gün, 19:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb Bu gün, 19:48 Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır Bu gün, 19:48 AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb Bu gün, 19:48 İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? Bu gün, 18:48 "İstirahətə gedirik" deyən ər-arvadın avtomobilindən 36 milyon tapıldı Bu gün, 18:48 "Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb Bu gün, 18:48 Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu Bu gün, 18:48 Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 18:48 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub Bu gün, 18:48 Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Bu gün, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Bu gün, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Bu gün, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Bu gün, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Bu gün, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Bu gün, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Bu gün, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Bu gün, 17:48 İlham Əliyev İspaniya Kralına başsağlığı verib Bu gün, 17:48 Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..." Bu gün, 17:48 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48 Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 15:49 Bu tarixdə ABŞ-də televiziya yayımı dayandırılacaq, Avropada isə əhaliyə xəbərdarlıq edildi Bu gün, 15:49 Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB Bu gün, 15:49 6 gün sonra 86 yaşı tamam olacaqdı - Vəfat etdi Bu gün, 15:48 PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb Bu gün, 15:48 Bakı-Şamaxı yolunda asfalt niyə dağılır? - SƏBƏBİ AÇIQLANDI Bu gün, 15:48 Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib Bu gün, 15:48 Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub Bu gün, 14:48 Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır? Bu gün, 14:48 Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR