
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcili tibbi yardım maşınları, minik avtomobilləri, eləcə də yolsuzluq şəraitində istifadə olunan nəqliyyat vasitələri var.
BAKU.WS-in məlumatına görə, hərrac 24 noyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.
Satışa çıxarılan avtomobillərin start qiymətləri 2 000 manatdan başlayır.
Ən aşağı start qiyməti 1981-ci il buraxılışlı UAZ-469 və 1988-ci il istehsalı olan bir neçə avtomobil üçün müəyyən edilib. Bu nəqliyyat vasitələrinin ilkin satış qiyməti 2 000 manatdır. 2005-ci il buraxılışlı QAZ 31105 markalı avtomobil 3 000 manata, 1999-cu il istehsalı olan Nissan Maxima isə 4 000 manata təklif olunur.
Hərracda daha yeni avtomobillər də yer alıb. Belə ki, 2012-ci il buraxılışlı Chevrolet Malibu üçün 10 000 manat, 2013-cü il istehsalı olan Toyota Camry üçün 13 000 manat start qiyməti müəyyənləşdirilib. Siyahıdakı avtomobillər arasında 2009-cu il istehsalı olan Hyundai Elantra modelləri və 2010-cu il buraxılışlı Hyundai ix35 də var.
Xüsusi Tibb Xidmətinin balansında olan 2008-ci il istehsalı iki Mercedes-Benz Vito xüsusi təcili yardım avtomobilinin hər biri 8 000 manata satışa çıxarılır. Eyni qurumun balansındakı Fiat Doblo Combi üçün isə ilkin qiymət 5 000 manatdır.
Satışa çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının və təşkilatların balansındadır. Siyahıda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin tabeliyindəki qurum, COP29 Azərbaycan Əməliyyat Şirkəti və "Aqrarkredit" QSC də yer alır.
Hərracda iştirak etmək istəyən şəxslər avtomobillərlə əvvəlcədən tanış ola bilərlər. Bunun üçün satışa çıxarılan əmlakın balanssaxlayıcısı tərəfindən müvafiq şərait yaradılmalıdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından əldə etmək mümkündür.
Əlavə məlumat üçün bu nömrələrlə (012) 311-01-60 (daxili: 1758, 1709, 1706 və 1705) əlaqə saxlamaq mümkündür.
| Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
|---|---|---|---|---|---|
| Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti | MERCEDES-BENZ VITO xüsusi təcili yardım | 90JF002 | 2008 | 8000 | 800 |
| Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti | MERCEDES-BENZ VITO xüsusi təcili yardım | 90JJ645 | 2008 | 8000 | 800 |
| Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti | FIAT DOBLO COMBI minik | 90AN567 | 2008 | 5000 | 500 |
| Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Tikintidə Qiymətqoyma Mərkəzi | QAZ 31105 minik | 10YB826 | 2005 | 3000 | 300 |
| Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi | UAZ-469 xüsusi | 10JA595 | 1981 | 2000 | 200 |
| Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi | Nissan Maksima minik | 10AN825i/o | 1999 | 4000 | 400 |
| Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi | UAZ-31514 minik | 10JM169 | 2001 | 2000 | 200 |
| Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi | UAZ 469B yük-sərnişin | 10JK640 | 1988 | 2000 | 200 |
| Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi | VAZ-2121 minik | 10AM492 | 1988 | 2000 | 200 |
| Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti | CHEVROLET NIVA 2123 minik | 04AA130 | 2011 | 4000 | 400 |
| Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti | CHEVROLET MALIBU minik | 10YK499 | 2012 | 10000 | 1000 |
| COP29 Azərbaycan Əməliyyat Şirkəti | NİO ET 5 minik | 90YB824 | 2024 | 5000 | 500 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | CHEVROLET NIVA GL minik | 90AF379 | 2007 | 4000 | 400 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | CHEVROLET NIVA 212300L minik | 90AL859 | 2006 | 3800 | 380 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | HYUNDAI ELANTRA minik | 90AU647 | 2009 | 7500 | 750 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | HYUNDAI ELANTRA minik | 90AU648 | 2009 | 8000 | 800 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | TOYOTA CAMRY minik | 90PH024 | 2013 | 13000 | 1300 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | CHEVROLET NIVA GLC minik | 10PE108 | 2011 | 4500 | 450 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | CHEVROLET NIVA minik | 90AE426 | 2007 | 4000 | 400 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | CHEVROLET NIVA 212300L minik | 90AX564 | 2006 | 3800 | 380 |
| "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı | HYUNDAI IX-35 minik | 99AU618 | 2010 | 6000 | 600 |
| Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi | BMW 525I minik | 10PF821 | 2006 | 7500 | 750 |
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.