Dünən, 18:48 162

Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AVESTA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Kəmaləddin Heydərov qonaqları səmimi salamlayaraq dünya çempionatında iştiraklarına görə təşəkkür edib, belə bir mötəbər idman tədbirinin ölkəmizdə təşkilinin əhəmiyyətinə toxunub, yarışın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv olan ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Belarus arasındakı yüksək səviyyəli münasibətlərin daim genişləndiyini xatırladan nazir Kəmaləddin Heydərov, bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında uzun illər ərzində səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müntəzəm təmasların və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Bu səfərin və səfər əsnasında Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında imzalanan qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlamentin fövqəladə hallarla bağlı operativ informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski səmimi görüşə görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Nazir V.Sinyavski Azərbaycanla Belarus arasındakı çoxşaxəli əlaqələrin sürətli inkişafı çərçivəsində iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydasından danışıb. Bildirib ki, müxtəlif səviyyəli səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu mənada, hazırkı səfər zamanı aparılan danışıqların və imzalanan sənədin Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradacığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların İdarə edilməsi və Reaksiyavermə Respublika Mərkəzi" dövlət müəssisəsi arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlament" imzalanıb.

Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski imzalayıblar.

Daha sonra Vadim Sinyavski əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin təşkilinə verdiyi əhəmiyyətli töhfəyə görə nazir Kəmaləddin Heydərova "Həyat fəaliyyəti təhlükəsizliyinin təbliğinə görə" döş nişanını təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində Belarus Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına səfər edərək fəaliyyətləri ilə yerində tanış olub.

Paylaş

Xəbər lenti

Sahibə Qafarova Qazaxıstana səfər edib Bu gün, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Bu gün, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Bu gün, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Bu gün, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Bu gün, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR