Bu gün, 14:48 119

"Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı vacibdir və bu da büdcədən ayırmaların minimumlaşdırılmasını aktuallaşdırır. 2027-ci ildə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.6 milyard manatın ayrılması nəzərdə tutulub. Bu il üçün bu rəqəm 1.7 milyard manat idi".

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-cı il üçün büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

"Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin proqnozlaşdırılması metodologiyasına əsasən, 2027-ci il gəlirləri 7 milyard 585 milyon manat proqnozlaşdırılır. Onun da 7 milyard 456 milyon manatı metodologiyaya sabit proqnoz rəqəm kimi daxil edilir, dəyişən (veribl) kimi deyil. Əgər metodologiya nəticəsində əldə ediləcək rəqəmin 98.2 faizi hazır rəqəm kimi formulaya daxil edilibsə, o zaman metodologiyaya nə ehtiyac var?

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar gələn il təxminən 9 faiz artacaq. Qeyri-büdcə sektoru üzrə təxminən 7 faiz artacaq. Gələn ildən qeyri neft və qeyri-dövlət sektoru üzrə gəlir vergisinin 3 faizdən 5 faizədək artırılmasının təsirləri nəzərə alınıbmı? Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənişlərin daha çox artacağı gözləniləndir. Çünki gələn ildən minimum əməkhaqqı da artırılacaq.

2027-ci ilə sair xərclərdə 30 faiz artım nəzərdə tutulub. Bu, xərc maddələri üzrə ən yüksək artım faizidir. Hazırda "sair xərclərin" görünən təsnifatı olmadığı üçün ümumiyyətlə, büdcələrə daxil edilməməsinin müzakirə edildiyi halda, bu maddə üzrə yüksək artım faizi nə ilə bağlıdır?

2027-ci ildə əhaliyə ödənişlər fondun büdcəsində 96.5 faiz çəkiyə malik olacaq. Bu göstərici bu il üçün 96.4 faiz proqnozlaşdırılıb. Cüzi azalma olsa da belə sosial paketin icra olunacağı il üçün müzakirə olunmalı məsələdir. Səbəb icra vəziyyəti ilə bağlıdır?

Müavinət ödənişlərində gələn il kəskin artımlar olacaq. Uşağın anadan olmasına görə məbləğ 39 milyon 970 min manatda gələn il 84 milyon 10 min manata, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar ödəniş 10 milyon manatdan 21.4 milyon, dəfn üçün nəzərdə tutulan məbləğ isə 37.6 milyon manatdan 50.5 milyon manata çatdırılacaq.

Dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədəuyğun olardı. Mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir. Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır. 2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olmuşdur. Onların 62,6 faizi isə 65 və yuxarı yaşda olub, deməli, əksəriyyəti pensiyaçı olub. Göründüyü kimi, bu, əlavə ciddi izafi xərc yaratmayacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri bu il üçün nəzərdə tutulan 90 milyon 980 min manatdan gələn il 94 milyon 750 min manata çatdırılır. Bu artım ödənişlərdəki ümumi artım ilə bağlıdır, yoxsa bank xərclərində artımlar proqnozlaşdırırsınız?

İşsizlikdən sığorta fondunun xərcləri 319.2 milyon manat olacaq. Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir. Yəni 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdən sığorta üçün istifadə edilirsə, ya fondun xərclərinin strukturunun yenidən təhlili, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur.

Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, "Məşğulluq və işsizlikdən sığorta fondu" adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı", - deputat bildirib.

Paylaş

Xəbər lenti

Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48 Bakıda bu avtobuslar YENİLƏNİR Bu gün, 14:48 Nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq Bu gün, 14:48 21 günlük əmək məzuniyyətinin pulla əvəzlənməsi qadağan edilə bilər Bu gün, 14:48 NASA astronavtları ABŞ-dəki seçkilərdə səs verdi Bu gün, 14:48 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Bu gün, 13:48 İşçilərin maaşları artıq bu qaydada ödəniləcək Bu gün, 13:48 Sinan Özen qardaşı ilə qəza keçirdi Bu gün, 13:48 35 yaşlı müğənni xərçəngdən öldü Bu gün, 13:48 "Paltara pul xərcləmərəm" deyən Yıldız Tilbenin sərvəti açıqlandı Bu gün, 13:48 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı Bu gün, 13:48 Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq Bu gün, 13:48 Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq Bu gün, 13:48 Həbsxana həyatından danışan Rəqsanə: "Yaralı yerimdir" Bu gün, 12:48 Ermənistanda müxalifət lideri Samvel Karapetyan həbs edildi Bu gün, 12:48 Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur Bu gün, 12:48 Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək Bu gün, 12:48 DSMF-nin gələn il gözlənilən gəlirlərinin və xərclərinin strukturu açıqlanıb Bu gün, 12:48 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda Bu gün, 12:48 Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq Bu gün, 12:48 Ərdoğan Azərbaycana gələcək Bu gün, 12:48 Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq Bu gün, 12:48 AFFA-ya yeni departament direktoru TƏYİNATI Bu gün, 12:48 DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxlayıb Bu gün, 12:48 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Bu gün, 12:48 Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi Bu gün, 12:48 Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb Bu gün, 11:48 "Qalatasaray" və "Fənərbağça"dan Avropada tarixi zəfər Bu gün, 11:48 Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən GÖRÜNTÜLƏR Bu gün, 11:48 Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək Bu gün, 11:48 Zelenskidən İlon Maska sərt mesaj: "Sənin buna haqqın yoxdur" Bu gün, 11:48 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçiləcək Bu gün, 11:48 Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ Bu gün, 11:48 Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər Bu gün, 11:48 Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar... Bu gün, 11:48 Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası Bu gün, 11:48 Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib Bu gün, 10:48 ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir Bu gün, 10:48 Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı Bu gün, 10:48 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı Bu gün, 10:48 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR