
Xırdalan dairəsi yaxınlığında 2 avtobus toqquşub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə zamanı 505 və 135 saylı marşrut avtobusları bir-birlərinə dəyib.
Hadisə səbəbindən bir avtobus dolusu insan mənzil başına vaxtında çata bilməyib. Sərnişinlər yollarına davam etmək üçün başqa marşrut avtobusunu gözləmək məcburiyyətində qalıblar.
Hadisə yerindən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.