Bu gün, 10:48 62

Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı

Qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar açıqlanıb, müttəhimin apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti isə qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilib. Kəsirə Cəfərovanın təqsirli bilindiyi CM-in 126.3-cü maddəsi ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2025-ci il noyabrın 30-da Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb.

Belə ki, Kəsirə Cəfərova fərdi yaşayış evində gündəlik məişət işləri ilə məşğul olub. Bu zaman mətbəxin yaxınlığındakı otaqda üç azyaşlı uşağının səs-küy saldığını eşidərək həmin otağa keçib.

Otaqda əri Vüsal Cəfərov və uşaqları döşəməyə sərilmiş süfrə arxasında səhər yeməyi yeyirmişlər. Təqsirləndirilən şəxs uşaqların nadinclik etdiyini, lakin həyat yoldaşının buna laqeyd yanaşdığını görərək ona irad bildirib.

Qadının məhkəmədə verdiyi ifadəsinə görə, bütün ev işlərinin, uşaqların tərbiyəsinin və qayğısının yalnız öz üzərində qalması, üstəlik fiziki qüsurlu olan iki övladının müalicəsi ilə təkbaşına məşğul olması uzun müddətdir ailədə gərginlik yaradıb.

Kəsirə Cəfərova ərinin ailəyə maddi dəstək vermədiyini, mütəmadi spirtli içki qəbul etdiyini, evə sərxoş qayıdaraq onunla mübahisə etdiyini və zorakılıq göstərdiyini bildirib. Hadisə günü də uşaqların dərmanlarının alınması üçün pul lazım olduğunu desə də, həyat yoldaşı buna etinasız yanaşıb və "bu ay heç nə görməyəcəksən", "get nə bilirsən elə" ifadələrini işlədib.

Məhkəmənin hökmündə qeyd olunub ki, həmin sözlər və uzun müddət davam edən ailədaxili gərginlik nəticəsində təqsirləndirilən şəxs kəskin psixi-emosional gərginlik keçirib. O, əvvəlcə özünə xəsarət yetirmək məqsədilə süfrənin üzərində olan mətbəx bıçağını götürərək özünü öldürəcəyini bildirib.

İstintaqın qənaətinə görə, həmin an ayağa qalxaraq onun üzərinə gələn ərinin hücum edəcəyini düşünən qadın əlindəki bıçaqla kişiyə bir dəfə sinə nahiyəsindən zərbə endirib. Nəticədə döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və diafraqmanı zədələyən ağır deşilmiş-kəsilmiş yara əmələ gəlib. Güclü daxili qanaxma nəticəsində zərərçəkmiş həyatını itirib.

Məhkəmə iclasında Kəsirə Cəfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəsirə Cəfərova 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin gəlini barəsində olan hökmünün dəyişdirilməsini, onun əməlinin CM-in 124.1-ci maddəsinə tövsif edilməsini və Kəsirə Cəfərovanın həbsdən azad olunmasını xahiş edib.

Paylaş

Xəbər lenti

Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib Bu gün, 10:48 ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir Bu gün, 10:48 Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı Bu gün, 10:48 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı Bu gün, 10:48 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" Bu gün, 10:48 Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək Bu gün, 10:48 TƏBİB-dən Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA Bu gün, 10:48 Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" Bu gün, 09:48 "Qarabağ"ın sabiq ulduzu Bakıya gəldi Bu gün, 09:48 Anar Rzayevə ağır itki Bu gün, 09:48 SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb Bu gün, 09:48 Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi Bu gün, 09:48 Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib Bu gün, 09:48 Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik" Bu gün, 08:48 Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı Bu gün, 08:48 Çempionlar Liqası: "Komo" səfərdə 9 qolla qalib gəlib Bu gün, 08:48 Qızılın qiyməti yenidən 4 100 dolları keçdi Bu gün, 08:48 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - TƏFƏRRÜAT Bu gün, 08:48 UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub Bu gün, 02:48 "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Bu gün, 00:48 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 00:48 Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur Bu gün, 00:48 "Vikinq" - "Sabah" oyununda hesabı bərabərləşib Bu gün, 00:48 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR