
ABŞ-də nadir hadisələrdən biri yaşanıb. Üç amerikalı astronavt ABŞ-də keçirilən seçkilərdə Beynəlxalq Kosmik Stansiyadan səs verib.
BAKU.WS "euronews"a istinadən xəbər verir ki, NASA astronavtı Anil Menon, həmkarları Lyuk Delaney və Cessika Uotkins ilə birlikdə səslərini kosmik stansiyadan verdiklərini açıqlayıblar.
Prosesin bülletenlərin seçki rəsmilərinə çatmasını təmin edən təhlükəsiz elektron sistem vasitəsilə baş verdiyini vurğulanıb.
Menon X-də paylaşımında yazıb ki, hətta kosmosdan belə səs vermək mümkündür.
O, özünün "seçki məntəqəsi" adlandırdığı əraziyə, əslində isə Beynəlxalq Kosmik Stansiyadakı şəxsi kabinəsinə ekskursiya etdiyini bildirib.
O, formanı kompüterində doldurduğunu və səsverməsinin rəsmi olaraq qeydə alındığı Texas ştatının Harris dairəsinə göndərdiyini qeyd edib.
Harris dairəsi NASA astronavtları üçün adi seçki məntəqəsidir, çünki agentliyin insan kosmik uçuş missiyalarını idarə etmək üçün əsas mərkəzi olan Hyustondakı Johnson Kosmik Mərkəzinə ev sahibliyi edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.