
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, Şəmkir rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri dünyasını dəyişib.
Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.