
Ağdam, Füzuli və Xocavənd rayonlarının məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
AVESTA.AZ xəbər verir ki, 3-6 noyabr tarixlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Zəfər sədası" adlı şeir müsabiqələri təşkil edilib.
15 yaşadək məktəblilərin iştirak etdiyi müsabiqələrdə Zəfər Gününə, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, Vətən sevgisinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. Hər məktəbdən münsiflər heyətinin seçimi əsasında ən yaxşı ifa nümayiş etdirən bir şagird müəyyənləşdirilib.
Müsabiqələrin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik ruhunu gücləndirmək, Vətənə məhəbbəti, qəhrəmanlıq tariximizi və Zəfər salnaməmizi gənc nəsil arasında təbliğ etmək, həmçinin şagirdlərin bədii qiraət bacarıqlarını inkişaf etdirmək olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.