6-11-2025, 20:48 274

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə "Tarixi Zəfər" tədbiri keçirilib.

Tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörən siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs edib.

Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi, minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir.

Qeyd olunub ki, haqq savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır.

Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir və bu torpaqlara yenidən həyat qayıdır.

AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan danışıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunun gücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd edib.

Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirilib.

Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, Vətən müharibəsi qazisi və müğənni Məbud Əhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqla qarşılanıb. Həmçinin şəhid övladlarından ibarət xor qrupunun "Şəhid övladlarının zəfər sədası" kompozisiyası alqışlarla müşayiət olunub.

Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin qüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən "Yaşa, Azərbaycan!" mahnısı ilə başa çatıb.

Paylaş

Xəbər lenti

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Dünən, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Dünən, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Dünən, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Dünən, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Dünən, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Dünən, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Dünən, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Dünən, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Dünən, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Dünən, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Dünən, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Dünən, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Dünən, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Dünən, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Dünən, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Dünən, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Dünən, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Dünən, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Dünən, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Dünən, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Dünən, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Dünən, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Dünən, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Dünən, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Dünən, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Dünən, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Dünən, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Dünən, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Dünən, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Dünən, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Dünən, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR