18-03-2023, 08:57 582

Azərbaycan XİN məlumat yayıb

16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Bu barədə "AVESTA.AZ"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib. Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.

Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.

Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.

57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

Paylaş

Xəbər lenti

Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Bu gün, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Bu gün, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Bu gün, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Bu gün, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Bu gün, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Bu gün, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Bu gün, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq? Bu gün, 17:48 "Prior Lizinq" Balakəndə yeni filial açıb: Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda Bu gün, 17:48 NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir Bu gün, 17:48 Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb Bu gün, 17:48 Azərbaycan Mərkəzi Bankı Slovakiya Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb Bu gün, 17:48 Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər Bu gün, 17:48 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb Bu gün, 17:48 NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib Bu gün, 17:48 İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək Bu gün, 17:48 DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb Bu gün, 17:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB Bu gün, 16:48 Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO Bu gün, 16:48 Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq Bu gün, 16:48 İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib Bu gün, 16:48 Restoranda ona göndərilən qeydi yaydı: "Qonaqlarımız getməzdən əvvəl... " Bu gün, 16:48 Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir" Bu gün, 16:48 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb Bu gün, 15:48 Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA Bu gün, 15:48 Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK? Bu gün, 15:48 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb Bu gün, 15:48 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar Bu gün, 15:48 Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb Bu gün, 15:48 İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı Bu gün, 15:48 İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur Bu gün, 15:48 Siqaretə ən çox pul hansı bölgədə xərclənir? – Bakı deyilmiş... Bu gün, 15:48 Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib Bu gün, 14:48 "Yaprak Dökümü"nün aktyoru: "Ölüm səhnəsinə çəkilərkən, gülürdük" Bu gün, 14:48 Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq Bu gün, 14:48 Paytaxtın bu hissəsində qaz təchizatında fasilə yaranacaq Bu gün, 14:48 ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb Bu gün, 14:48 Bir qrup energetik təltif edilib - Sərəncam Bu gün, 14:48 Türkiyəli partiya sədrindən Azərbaycana böhtan atanlara sərt cavab Bu gün, 14:48 Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir Bu gün, 14:48 Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub Bu gün, 14:48 Murat Boz: "Pul qazanmaq asan deyil!" Bu gün, 13:48 Türkiyədə seldən ölənlərin sayı 9-a çatdı Bu gün, 13:48 Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub Bu gün, 13:48 Qəza siqnalı verən Rusiya təyyarəsi təcili eniş etdi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR