31-03-2023, 04:00 714

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "AVESTA.AZ"a bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.

Prezident Mahmud Abbas ilk öncə Ulu öndər Heydər Əliyevlə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb və salamlarının Prezidentə çatdırılmasını xahiş edib. Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.

Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

00:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

“AVESTA.AZ” xəbər verir ki, Ceyhun Bayramov bu barədə tvitterdəki hesabında yazıb.

“Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Paylaş

Xəbər lenti

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Bu gün, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Bu gün, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Bu gün, 14:48 Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI Bu gün, 14:48 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır Bu gün, 14:48 Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq Bu gün, 14:48 Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi Bu gün, 13:48 Azərbaycanda kinooperator vəfat etdi Bu gün, 13:48 "Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək Bu gün, 13:48 "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb Bu gün, 13:48 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm" Bu gün, 13:48 Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Bu gün, 12:48 İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu Bu gün, 12:48 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq Bu gün, 12:48 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi Bu gün, 12:48 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir Bu gün, 12:48 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI Bu gün, 11:48 Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib Bu gün, 11:48 Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir Bu gün, 11:48 Bakıda qadın avtomobilə hücum edib, parçalamağa çalışdı - ANBAAN VİDEO Bu gün, 11:48 Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq Bu gün, 11:48 Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48 Yenicag.az saytının 19 yaşı tamam olur Bu gün, 10:48 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir Bu gün, 10:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR